1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev haqında çıxan yazıları sildirməyə başlayıb

1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev haqında çıxan yazıları sildirməyə başlayıb

PAYLAŞ:

Dövlət Xəzinədarlığı Agentliyinin nəzdində fəaliyyət göstərən 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev mətbuatda barəsində maliyyə maxinasiyaları həyata keçirtməsi faktları ilə üz-üzə qalıb.

Bir neçə gündür medianın əsas manşetlərini bu məsələ tutub.
Əhvalat isə belə başlayıb ki,Nadir Qarayevin vaxtı ilə Rabitə Nazirliyinin keçmiş Aparat rəhbəti işləmiş və hazırda dövlət əmlakını talmaqda təqsirli bilinərək həbs edilən Vidadi Zeynalovla yaxın dost olması barədə də məlumatlar var. Həmin məlumatlarda Vidadi Zeynalovla Nadir Qarayevin münasibətlərinin yaxınlaşmasının birincinin vaxtı ilə Xəzinədarlıq idarəsinin rəisini MTN-nin əlindən aldığı və həbsdən qurtarması ilə başladığı iddia edilirdi. Məlumata görə vaxtı ilə Nadir Qarayevin ölkə içində xeyli sayda obyekt alması və açıq aşkar maliyyə maxinasiyaları keçmiş MTN-çilərin diqqətini cəlb edib. Bundan sonra xüsusi əməliyyat qrupu Çovdarovun rəhbərliyi ilə Nadir Qarayevi həbs edərək nazirliyə gətiriblər. Bundan xəbər tutan Vidadi Zeynalov isə hərəkətə keçərək dostunu Eldar Mahmudov “çete”sinin əlindən qurtara bilib…

Bundan əlavə ölkə mətbuatında dərc olunan məlumata görə bəzi növ əyləncələrə Nadir Qarayev yaxşı pul xərcləyir.

Belə ki, bildirlir ki, vaxtı ilə o, Binəqədi rayonunun maliyyə şöbəsinin rəisi vəzifəsində işləyərkən əyləncə (“dartan”) həvəskarı olub.

Maraqlıdır ayda təxminən 1000 manat maaş alan məmur bu cür dəbdəbəli həyata necə nail olub?

Görünür hər gün N.Qarayev vəzifəsindən sui-istifadə edərək əldə etdiyi pullar haqqında mətbuatda yazıların dərc edilməsi adıçəkilən şəxsi yamanca narahat edib.
Elə bu səbəbdəndir ki,Qarayev pulu ilə ala biləcəyi media orqanlarına adamlarını göndərməyə başlayıb.

Belə ki, etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Qarayev media üçün “kisəsinin” ağzını açıb və barəsində dərc edilmiş yazıları bir çox tirajlı saytdan çıxartdırıb.
Həmin saytlar ölkədə yetərincə oxucu sayına malik olduqları üçün onlarla “anlaşma” edilib. Anlaşmaya əsasən bu günə qədər Qarayev haqqında dərc edilən bütün yazılar saytlardan silinib və dayandırılıb.

Gələn yazımızda Nadir Qarayevin mediadakı maklerinin Nadir Qarayevə oynadığı oyundan bəhs edəcəyik

İsmaric.az

COMMENTS