“Vesta Construction”şirkətində özbaşınalıq

“Vesta Construction”şirkətində özbaşınalıq

PAYLAŞ:

“Vesta Construction”şirkəti mənzil sahibinə açarları təqdim etməkdən boyun qaçırır

Firmanın “My home” pilot layihəsində qanunsuzluq olub.

Şirin Mirzəyev küçəsində inşa edilən “Vesta Construction”şirkətindən ev alan gənc ailə mənzilin dəyərini nağd şəkildə ödəyib.

Müqavilə əsasında alınan mənzildə müştəri Elşən Məmmədov tam olaraq bütün öhdəlikləri nizamlı vətəndaş kimi yerinə yetirib.

O, qlobal.az-a bildirib ki, mənzilinə daxil ola bilmir, açarlar qanunsuz şəkildə müştəriyə təqdim olunmur.

Onun sözlərinə görə, özünü “Vesta Construction”şirkətinin icraçı direktoru kimi təqdim edən Ömər adlı şəxs açarları vermək üçün 1500 manat məbləğində sayğac adı altında “şirinlik” tələb edir.

Mənzil sahibi bu qədər vəsaiti olmadığını, 200-300 manat vermə imkanı olduğunu desə də, razılaşmayı.

Ömər payçıya deyib ki, heç kimdən qorxmur.

“Mənsə hüquqi dövlətdə yaşadığımızı, qanunla bu məsələni yoluna qoyacağımı dedim. Çox təəssüf ki, Ömər bəyin dedikləri hələ ki öz təsdiqini tapır. Yəni “odda yanmaz, suda batmaz” olduğunu sübut edir.

Çünki mən Daxili İşlər Nazirlinin 102 xidməti müraciət etdim, sağ olsunlar dərhal reaksiya verdilər. Ancaq 25-ci Polis bölməsinin sahə müvəkkili Asəf Zeynalov bu işə göz yumur, heç bir tədbir görmür.

Fakt mən mənzilimin pulunu tam ödəmişəm və açarları ala bilmirəm. Qanunsuz məndən 1500 manat tələb edilir.

Mən bu barədə Cənab Prezident İlham Əliyevə və Daxili İşlər Naziri Cənab Ramil Usubova müraciət edəcəm.

Vəzifəsində sui istifadə edərək vətəndaşları dövlətdən narazı salan şəxslər birmənalı şəkildə cəzalandırılmalıdırlar”.

FİA.Az xəbər verir ki, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 34 ünvanında yerləşən tikililərdən ikisi tam, digər biri isə yarımçıq formada sökülüb.

Hazırda orada da söküntü işləri davam etdirilir. Söküntü aparılan binalarda yaşayan sakinlərin isə demək olar ki, hamısı köçürülüb.

Azərbaycan Prezident Administrasiyasına barəsində ən çox şikayət edilən tikinti şirkətlərinin adları açıqlanıb.

Administrasiyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu siyahını təqdim edib.

Müraciətlərdə ən çox aşağıdakı tikinti şirkətlərinin fəaliyyətindən narazılıq ifadə olunub: “Evrostroy-SS”, “FVS İnşaat”, “Murad M.S.”, “İdeal-İ İnşaat”, “Hermes-S”, “Brend Palace”, “Meqa City Holdinq”, “Abşeron LTD 2013”, “İnam-İnşaat-555”, “Xudafərin”, “Əzizbəy-KM”, “Baku Pearl Residence”, “Caspian Park”, “Fuad LTD”, “İron İnşaat”, “Mahal”, “Elite City”, “Avro Qrand”, “İnşaat Konstruksiyaları”, “Birlik-İnşaat”, “Hasil”, “AENT-E”, “MVV Verus Praedium”, “Yüksəliş C”, “Rifah-Plaza” MMC-lər və “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Badu-Kubə”, “Yeni Yasamal”, “Şərur”, “Dağlar”, “İnteks”, “Çənlibel”, “Ayla”, “Mars”, “Fateh-N” MTK və s.

Hazırda əmlak almaq istəyənlərin əlində iri həcmdə pul kütləsi olmadığından yeni tikilmiş binalardan hissə-hissə ödəmək şərti ilə mənzilə sahiblənirlər.

Ancaq tikinti şirkətlərinin sonradan verdiyi vədlərə əməl etməməsi əlavə problem yaradır.

Mütəxəssislər bildirir ki, mənzil almazdan qabaq tikinti şirkəti haqda təfərrüatlı araşdırma aparmaq vacibdir. Bu barədə aztəminatlı ailələr üçün ekspertlərin məsləhətləri var.

Tikinti şirkətinin ən çox diqqət edilməli olan məlumatlarından biri də onun cəmiyyətə, müştərilərinə nə qədər açıq məlumatlı olmasıdır.

Digər tikinti şirkətlərinin təklif etdiyi qiymətlərdən xeyli ucuz məbləğə təklif olunması əslində, şirkət haqda alıcıya əlavə məlumat verir.

Azərbaycanda tikinti bumu start götürəndən, vətəndaşların aldadılması halları da başlayıb. Son bir neçə ildə isə bəzi tikinti şirkətlərinin vətəndaşları aldatması xüsusilə geniş miqyas alıb.

Bu, çox zaman klassik üsulla həyata keçirilir: binanın tikintisi başa çatır və bölgü zamanı məlum olur ki, bir mənzil eyni zamanda 3-4 vətəndaşa satılıb. Bundan sonra tikinti şirkəti ilə vətəndaşlar arasında məhkəmə çəkişmələri başlayır.

Paytaxtda onlarla belə hal yaşandığı üçün vətəndaşda tikinti şirkətinə etibar qalmayıb. İndi vətəndaş əlində pulu olsa belə tikinti şirkətlərindən ev almağa tərəddüd edir.

COMMENTS