ATƏT İrəvanı rüsvay etdi: “Satın alınır…”

ATƏT İrəvanı rüsvay etdi: “Satın alınır…”

PAYLAŞ:

ATƏT-in Demokrati Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri İrəvana səfər zamanı Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkisində apardıqları müşahidələrlə bağlı yekun hesabatı təqdim ediblər.

Axar.az xəbər verir ki, büro nümayəndələri hesabatda diqqəti səslərin satın alınması və seçki prosesində ictimai etibarın gücləndirilməsi üçün dövlət resurslarından sui-istifadə probleminə yönəldiblər.

Hesabatda həmçinin seçki sahəsindəki problemlərin və ikimənalı qanunvericiliyin ləğvi, eləcə də təşviqata, seçki kampaniyasının maliyyələşdirilməsi qaydasına münasibətlə bağlı yaranan problemlərin ortadan qaldırılması üçün genişmiqyaslı və lazımlı reformların keçirilməsi məsləhət görülüb.

Büro seçicilərin haqları ilə bağlı məhdudiyyətlərin ortadan qalxması və onların səsvermə proseduruna girişinin genişləndirilməsi, qadınların seçkidə iştirakının artırılması və seçki idarəetməsinin effektivliyinin artırılmasının vacib olduğunu vurğulayıb.

COMMENTS