Bu əməliyyatın banisi Heydər Əliyev idi – Polkovnik

Bu əməliyyatın banisi Heydər Əliyev idi – Polkovnik

PAYLAŞ:

1994-cü ilin qışında baş verən Horadiz döyüşləri Azərbaycan xalqının qürur mənbəyidir.

Report un məlumatına görə, bunu uğurlu Horadiz əməliyyatlarına komandirlik etmiş ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, bu döyüşlər Azərbaycan xalqının qürur mənbəyidir:

“Bu uğurlu əməliyyatın banisi ümummili lider Heydər Əliyev idi. Ulu öndərin çağırışlndan sonra heyət səfərbər oldu və hücum əməliyyatları həyata keçirildi”.

Ş.Ramaldanov qeyd edib ki, atəşkəsin elan olunması müharibənin bitməsi deyil:

“2016-cı ilin aprel ayında Azərbaycan ordusu bir daha qəhrəmanlığını göstərdi. Bu zərbədən sonra düşmən hələ də özünə gəlməyib. Azərbaycan əsgərinin gücünü bütün dünya, o cümlədən düşmən Ermənistan da bilir. Artıq Ermənistan rəhbərliyi müharibə başlayacağı halda, onları nə gözlədiyini bilir. Artıq onlar öz narahatlıqlarını bildirirlər. Əgər Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad edərsə, erməni analarının gözü yaşlı olacaq”.

Ehtiyatda olan polkovnik vurğulayıb ki, Horadiz əməliyyatı bu uğurların başlanğıcı idi:

“Aprel döyüşləri isə bunun davamı idi. İnanıram ki, bundan sonra da bizim belə qələbələrimiz olacaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq”.

COMMENTS