DİN-in Mətbuat xidməti DYP-dakı “bıçaqlaşma” haqda

DİN-in Mətbuat xidməti DYP-dakı “bıçaqlaşma” haqda

PAYLAŞ:

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti Beyləqanda yol polisi əməkdaşları arasında bıçaqlaşma haqda yerli KİV-də yayılan informasiyaya reaksiya verib.

Daha əvvəl bildirilirdi ki, DYP-nin əməkdaşı Tural Əliyev öz həmkarı Namiq Zeynalova bıçaq zərbəsi vurub və ona xəsarət yetirib.

DİN-in Mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, hadisə məşq zamanı olub. Asayiş keşikçiləri müxtəlif, o cümlədən cinayətkarın bıçaqla hücumunu dəf etmək üzrə fəndlər üzərində işləyiblər.

Məşq vaxtı DYP əməkdaşlarından birinin əlində kağızkəsən olub. O, həmkarına məhz özlərinin qurduqları həmin hücum zamanı ehtiyatsızlıqdan xəsarət yetirib.

Yara ciddi olmayıb və zərərçəkənə dərhal tibbi yardım göstərilib. Hazırda DYP-nin hər iki əməkdaşı iş başındadır və xidmətlərini davam etdirir.

COMMENTS