Dünya liderləri İlham Əliyevə başsağlığı verdi

Dünya liderləri İlham Əliyevə başsağlığı verdi

PAYLAŞ:

Türkiyə Baş naziri Binəli Yıldırım Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.

Nia24.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

“Hörmətli Prezident.

Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım.

Xalqım, hökumətim adından və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik.

Fürsətdən istifadə edib, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına rifah diləyirəm”, – bildirilib.

***

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar başsağlığı verib.

“Hörmətli İlham Heydər oğlu.

Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin hüznlə qarşıladım.

Qardaş Azərbaycan xalqının dərdinə şərik olduğumu bildirir, həlak olanların doğmalarına və yaxınlarına öz adımdan və Qazaxıstan xalqı adından başsağlığı verirəm.

Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”, – deyə başsağlığında vurğulanıb.

***

İran prezidenti Həsən Ruhani Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

Nia24.info xəbər verir ki, bu barədə İran prezidentinin rəsmi saytı xəbər yayıb.

“Bakı şəhərinin mərkəzində baş vermiş yanğında dost və qardaş ölkə olan Azərbaycanın vətəndaşlarından bəzilərinin həyatını itirməsi xəbərindən kədərləndik və narahat olduq. Sizə başsağlığı verir, bu faciəvi hadisə qurbanlarının ailələrinin dərdinə şərik olduğumuzu bildiririk”, – deyə qeyd edilib.

***

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Bu barədə Belarus prezidentinin saytında bildirilir.

Başsağlığında deyilir: “Belarus Respublikasında Bakıda Respublika Narkoloji Mərkəzində ölümlə nəticələnən baş vermiş yanğın barədə faciəli xəbər dərin kədər hissi ilə qarşılanıb”.

Belarus prezidenti həmçinin xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

***

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: “Azərbaycanın paytaxtı Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması xəbəri bizi çox kədərləndirdi.

Zati-aliləri, bu hüznlü vaxtda Sizə, qardaş Azərbaycan xalqına, həmçinin həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir və kədərinizə şərik olduğumu bildirirəm.

Həlak olanlara Ulu Tanrıdan rəhmət, onların yaxınlarına səbir diləyir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.

COMMENTS