Gəncə şəhəri,Paşa Hüseynov adina futbol təmayüllü Gimnaziya məktəbində özbaşınalıq

Gəncə şəhəri,Paşa Hüseynov adina futbol təmayüllü Gimnaziya məktəbində özbaşınalıq

PAYLAŞ:

Gəncə şəhəri,Paşa Hüseynov adina futbol təmayüllü Gimnaziyanin Məşqçi –Müəllimi,Gəncə şəhəri,Həsənli qardaşları-5 ünvaninda yaşayan İsmayilov Novil Səfər oğlu  tərəfindən elektron poçt ünvanımıza gələn məktubu olduğu kimi diqqətinizə çatdırırıq :

Mən –İsmayilov Novil Səfər oglu 17 noyabr 2009-cu ildən Gəncə şəhəri Təhsil İdarəsinin qərarı ilə P.Hüseynov adina Futbol təmayüllü Gimnaziyaya mütəxəssis-məşqçi müəllim təyin olunmuşam.

Mənə Pedaqoji işçi kimi 15-ci dərəcə ilə əmək haqqı ödənilməli idi.Lakin 10-cu dərəcə ilə əmək haqqı almışam.

Gimnaziyada baş verən neqativ hallar haqqinda aidiyyatı üzrə Təhsil Nazirliyinə,Gəncə şəhər Təhsil İdarəsinə,Gəncə şəhər İcra Hakimiyyətinin əlaqədar vəzifəli şəxslərinə bir mütəxəssis kimi məlumat verdiyim üçün mənə qarşı təxribatlar aparıldı,şər və böhtanlar atıldı,təyziqlər edildi,və Məni işdən azad etdilər.

Məlumat üçün bildirirəm ki,Gimnaziyada idarəçilik yox səviyyəsindədir.Səriştəsiz mudirləri muhasib Həsənova Nailənin əli ilə işə keçirirlər.Həmkarlar komitəsinin bu işlərdən xəbəri yoxdur.Gimnaziyada iki ildir ki tədris planı naməlum səbəblərdən dəyişdirilib.Gimnaziya təmayüllü olduğu üçün əmək hazırlığı,Fiziki Tərbiyə,seçmə fənnlər futbol dərslərinə verilmişdir.Rəhbərlik Təhsil idarəsi iıə birlikdə  futbol saatlarını tamamilə başqa bir istiqamətə yönəltdilər.Bəzi ixtisası olmayan müəllimləri tərbiyəçı təyin edib,bəzilərini başqa məktəblərə keçirdilər.Gimnaziyada hal hazırda 45 saata 7 futbol müəllimi fəaliyyət göstərir.Onlardan ikisi futboldan tamamilə uzaq olan qizlardır.11-ci siniflərə futbol dərsi kecirilir.Öz ixtisası ,peşəsi,savadı və təhsili olmayanlar işdən azad olunmur,Mütəxəssislərə qiymət verilmir.İndiyə qədər idman forması,top və s.ləvazimatlar verilməmişdir.

Son zamanlar P.Hüseynov adina Futbol təmayüllü İnternat tipli Gimnaziyada acınacaqlı bir vəziyyət yaranıb.Belə ki Gimnaziyada güclü maliyyə pozuntuları və ciddi korrupsiya faktları aşkarlanıb.Hal-hazırda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Audit şöbəsinin əməkdaşları Elçin Quliyev,Arzu Əliyev,Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları o cümlədən  Gəncə şəhər Prokurorluğunun əməkdaşları ilə birlikdə Gimnaziyada araşdırma aparılır.

Məlimat üçün bildirirəm ki,Direktor vəzifəsini icra edən Gülçöhrə Qarayeva bir qrup vəzifəli şəxslə birləşərək dələduzluq  yolu ilə Dövlət əmlakını talamış,və şagirdlərə verilən normativ ərzaqları mənimsəmiş,məqsədli şəkildə bilərəkdən maliyyə sənədlərini və digər sənədləri saxtalaşdırmışdır.Bu şəxslərdən Gimnaziyanın Baş Mühasibi Həsənova Nailə Əjdər qızı,Gimnaziyanın baş tərbiyəçisi Məsimov Boris Şahvələd oğlu,Təsərüffat işləri üzrə direktor müavini Əşrəfov Elşən Ənnağı oğlu,Gimnaziyanın Anbardarı ,hərbi müəllim Piriyev Mehman Nurəddin oğlu adıçəkilən faktlara birbaşa aidiyyatı olan şəxslərdir.

Azərbaycan Respublikası Prokurorluğu və Təhsil Nazirliyinin audit şöbəsinin araşdırması zamanı məlum olmuşdur ki,288 şagirdin ərzaq təminatı sifarişi verimiş,lakin faktiki Gimnaziyada 25 nəfər şagird aşkarlanmışdır.Deməli buradan məlum olur ki,Şagirdlərin qida rasionuna daxil edilən ərzaqlar mənimsənilmiş,adıgedən şirkət tərəfindən dırnaqarası biznes qurulmuşdur.

Saxta şəkildə şişirdilən dərsə gəlməyən şagirdlərin faizi 5 şəxs tərəfindən bölünmüşdür.Araşdırma zamanı məlum olmuşdur ki,12 nəfərə yaxın texniki işçinin əməkhaqqı kartları Təsərüffat Müdiri Əşrəfov Elşənin və  Direktor əvəzi Qarayeva Gülçöhrənin cibindədir.Gimnaziyada Təhsil,Tədris və Davamiyyət yox səviyyəsindədir.Çünki bilərəkdən burada Baş Tərbiyəçi M.Boris,Anbardar və Hərbi müəllim P.Mehman şagirdləri Gimnaziyadan məqsədli şəkildə qaçırırlar.Səbəb isə ayın sonunda “Rem”Servisə verilən siyahı saxtalaşdırılır,şagirdlərin sayı şişirdilir,əvəzində isə (alti-yeddi min manat)bir aylıq rüşvətin alınmasına əlverışli şərait yaradılır,və komandanın adıçəkilən üzvləri arasında bölünür.Dövlətin əmlakını mənimsəyənlər sırasında Gimnaziyanın Baş Tərbiyəçisi(sabiq polis əməkdaşı)M.Boris,Direktor vəzifəsini icra edən Q.Gülçöhrə,Anbardar, Hərbi müəllim, adıni belə yaza bilməyən P.Mehman ,t.i.ü. yarıtmaz Direktor müavininin(ətirsatan) həyat yoldaşı Əşrəfova Rəksanə xadiməçi olaraq neçə ibtidai sinif müəlliməsi işləyir?

Bu şəxslərin əldə etdiyi qənimətdən Q.Gülçöhrə (bir il) ərzində Gəncənin Gülüstan yaşayış massivindən (dördotaqlı) ev belə almışdır.

P.Mehman şəxsi qumarxana(topaz) açmışdır.

H.Nailənin şəxsi hesabındakı (yetmiş min Abş dolları)illərlə Gimnaziyadan oğurladığı pullardır.

Sizdən Azərbaycan İdman və Təhsilinə əvəzsiz töhfələr vermiş bir stajlı mütəxəssis kimi xahiş edirəm,Qanun çərçivəsində haqqı tapdalanmış,qanunsuz yerə işdən azad olunmuş müəllimlərin hüquqlarının bərpa olunmasında köməyinizi əsirgəməyəsiniz,yardımçı olasınız.Qanuni və Demokratik bir Sivil Dovlətin Vətəndaşı kimi Hüquqlarin Qorunmasında,Gənc nəslin sərbəst həyata adaptasiyasina süni maneələr yaradan Azərbaycan Təhsili,Azərbaycan İdmanı adına xələl gətirən kadrların cəzalandırılmasına bir KİV vasitəsi olaraq öz reaksiyanızı İctimaiyyətə və Əlaqədar İnstansiyalara bildirəsiniz.

Hörmətlə:İsmayılov Novil Səfər oğlu

Gəncə şəhəri,Həsənli qardaşları küçəsi 5

Telefon:022 256 37 32

Mob:055 511 26 91

 

COMMENTS