Mətbuat Şurasında biabırçılıq: təhdid, hədəqorxu və rüşvət – VİDEO

Mətbuat Şurasında biabırçılıq: təhdid, hədəqorxu və rüşvət – VİDEO

PAYLAŞ:

Realnewsinfo.com Mətbuat Şurasını ifşa edir

2017-ci il yekunlaşarkən Mətbuat Şurasının İdarə Heyəti ilə bağlı növbəti qalmaqal yaranıb. Bu, sosial şəbəkələrdə növbəti müzakirə və qınaq predmetinə çevrilib.

Qalmaqalın predmeti Mətbuat Şurasının şikayətlər komissiyasının “Hirkan” Milli Parkının direktoru Azər Mirzəyevin realnewsinfo.com saytının baş redaktoru Emin Ramazanova qarşı şikayəti ilə bağlı dinləmənin audioyazısı olub.

Bu il dekabrın 14-də saytda dərc edilmiş “Hirkan Milli Parkının rəhbəri Azər Mirzəyevin (Haqq) “pərdəarxası oyunları”” http://realnewsinfo.com/hadis/736-hirkan-milli-parknn-rhbrinin-prdarxas-oyunlar.html sərlövhəli məqalədə təbiəti mühafizə zonasında meşənin məhv edilməsi ittihamı yer alır, habelə qadının döyülməsi və jurnalistin ələ alınması faktlarından danışılır. Burada dəlil kimi foto və videomateriallar yerləşdirilib.

MŞ-də dinləmələrin audioyazısı jurnalist tərəfindən gizlicə aparılıb və o, dinləyiciləri MŞ-nin KİV-lə qarşılıqlı münasibətlər məsələsinə yanaşması və şikayətçi və jurnalist arasında mübahisənin nizamlanması özünə məhsus prinsipləri ilə tanış edir.

Qeyd etmək lazımdır ki, dinləmələr jurnalistə təzyiqlə başlayır: haraya gəldiyini bilib-bilmədiyi, MŞ-nin əhəmiyyəti, jurnalist üzr istəməzsə və təqsirini boynuna almazsa, baxılan şikayətin hüquq-mühafizə orqanlarına göndərilməsi təhdidi və s. Redaktora təzyiq bütün iclas boyu davam edir.

MŞ İdarə Heyətinin üzvləri jurnalistə Azərbaycan jurnalistinin Peşə Davranışı Qaydalarının dörd prinsipinin pozulduğu barədə xəbərdarlıq edib. Bu zaman yalnız Birinci prinsipi – “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” prinsipini – onun qarşı tərəfin nöqteyi-nəzərini təqdim etmədiyini qeyd edib. Bununla razılaşmaq olar, çünki materialda həqiqətən qarşı tərəfin fikri yox idi.

Amma dinləmələrin gedişatından görünür ki, tərəflərin iştirakı ilə təhqiqatdan əvvəl məqalənin ətraflı ekspertizası keçirilməyib – ekspert rəyi təqdim edilməyib və onun haqqında söhbət getməyib.

Komissiya, birinci növbədə, həqiqəti – jurnalistə qarşı ittihamların əsaslı olub-olmadığını üzə çıxarmaq üçün tərəflərin fikrini dinləməli idi. Komissiya üzvləri açıq-aşkar bundan yayınaraq, yazdıqlarından imtina etməsi üçün jurnalistə təzyiq göstəriblər.

İkincisi, komissiya peşə normalarının pozulması barədə nəsihət deyil, tövsiyə xarakterli danışmalı idi.
Mətbuat Şurasında biabırçılıq: təhdid, hədəqorxu və rüşvət - VİDEO
Onu həmçinin saytı bloklanan və barəsində hüquq-mühafizə orqanlarına şikayət verilən Realliq.info saytının baş redaktoru İkram Rəhimovun taleyinin gözlədiyi ilə hədələyiblər. Xatırladaq ki, Realliqinfo.com saytının baş redaktoru kram Rəhimov Mətbuat Şurasının İdarə Heyyətinin qanunsuz fəaliyyətini və məmurlarla gizli sövdələşmələri barədə faktları ifşa etməkdə davam edir.

Son nəticədə dinləmələrdən sonra MŞ İdarə Heyəti üzvlərindən birinin hamının gözü önündə Emin Ramazanova rüşvət qəbul etdirməyə çalışıb. İdarə Heyəti üzvünün hansı marağa xidmət etdiyi və onun kimin marağını təmsil etdiyi dinləmədə aparılmış audioyazıdan aydınlıq qətirə bilir.

Turan.az

COMMENTS