Mehdi Səlimzadə 8 aydır susur: Göyçayda mütəşəkkil boru mafiyasını kim qoruyur?-Foto,Video

Mehdi Səlimzadə 8 aydır susur: Göyçayda mütəşəkkil boru mafiyasını kim qoruyur?-Foto,Video

PAYLAŞ:

Hefteaz.info saytının bir neçə ay əvvəl, “Göyçayda boru mafiyası” adlı silsiləli məqalələr dərc etmişdi  Həmin məqalələrdən belə məlum oldu ki, Göyçay rayonunda yerin altı ilə çəkilmiş paslamayan su boruları oğurlanaraq satılıb. Bu məqalələrin dərc edilməsindən 8 ay keçməsinə baxmayaraq hələ də rayonda boru mafiyası fəaliyyətini davam etdirir.

Vəziyyət o həddə çatıb ki, Göyçay rayonunda nə qədər su boruları varsa tək-tək dənlənir və bu proses düz 8 aydır davam edir Rayonda su borularının müəmmalı şəkildə daşınması bitmək bilmir ki, bitmir.

Hefteaz.info xəbər verir ki, bu günlərdə rayonun bütün kəndlərindəki yolunda olan  borular aparılıb.

Müəmmalı oğurluq

Artıq rayondan dəmir, nikel, azbes və s. 100 kilometrlərlə su, qaz boruları sökülərək satılıb.

Təkcə  Göyçayın Bığır kəndində 100 kilometr uzunluğunda su borularını qanunsuz satılaraq 700 min manat qazanc gətirib.

1975-ci ildən kənd təssərüfatının inkişafı üçün çəkilmiş boruların hansı səbəbdən kəndlərdən daşınması barədə rəsmi şəxslər susurlar. Mallışıxlı, Yeniarx, Bığır və digər kəndlərdə boruların çıxarılması davam edir.

Habelə, Göyçaydakı mütəşəkkil boru oğrusu dəstəsi Kürtmaşı-Qarabaqqal kəndləri arasında çəkilmiş, təxminən 25 km uzunluğunda olan əkin sahələrinin suvarma borularını aparıblar.

Əkin sahələrini suvarmaq üçün olan borular kəsilərək satılır

Digər qrup isə Bığır-Qarabaqqal kəndləri arasında çəkilmiş 170 ailənin bir müddət əvvələ qədər istifadə etdiyi uzunluğu 12 km olan boruları sökərək daşıyıblar.

Göyçayın Cərmədil dağında keçmiş kolxozun ərazisində olan 300 metr uzunluğunda boru da oğurlanaraq satılıb.

Başçı susur

Rayon sakinləri bildirirlər ki, həmin boruların hara daşındığı bilinmir. Bu da korrupsiya, qarət və dövlət əmlakının talan edilməsi, əhaliyə məxsus boruların oğurlanması faktıdır ki, gizlədilir.

Göyçayın icra başçısı Mehdi Səlimzadə baş verənlərlə bağlı 8 aydır ki, reaksiya vermir.

.

Göyçay rayon icra hakimiyyətinin başçısı  Mehdi Səlimzadə

Qaraməryəm kənd sakinləri də daha əvvəl su borularının oğurlanıb daşındığını söyləmişdilər. Onlar yerli bələdiyyəni ittiham edirdilər. Kənd bələdiyyəsi isə xəbərsiz olduğunu bildirirdi.

Məlikkənd – Çaxırlı yolunda son belə bir faktın aşkarlanması isə göstərir ki, Göyçayda boru oğurlayan mafiya peyda olub və onları durdurmaq istəyən yoxdur.

Görünür ki, onların kimliyini araşdırmaqda maraqlı olmayan, bu dəstələri himayə edən və göstəriş verənlər var.

Yerli camaat isə tələb edir ki, icra başçısı və aidiyyatı orqanlar tezliklə aydınlıq gətirsinlər. Əks halda 8 aydır davam edən hadisələrdə elə onların barmağının olması şübhələri güclənir.

Mövzuya qayıdacağıq

COMMENTS