MSK ilkin nəticələri açıqladı – İlham Əliyev 86,09% səslə qalibdir

MSK ilkin nəticələri açıqladı – İlham Əliyev 86,09% səslə qalibdir

PAYLAŞ:

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.
“Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,09 % səslə qalib olub.
Seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,04 %; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,07 %; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 2,97 %; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,4%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18%; – “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,74% səs toplayıb.
Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin 2 milyon 667 min 720 bülleten sayılıb. 3675 seçki məntəqəsi hesabat verib.
Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (ümumi seçicilərin 74,51 faizi) səsvermədə iştirak edib.

COMMENTS