Müəmmalı olan nazir Hüseynqulu Bağırovun susmasıdır…

Müəmmalı olan nazir Hüseynqulu Bağırovun susmasıdır…

PAYLAŞ:

“Ağgöl” Milli Parkının direktoru cənab Loğman Mehdiyevin qanunsuz əməlləri uzun illərdi davam etməkdədir.

Belə ki, Milli Parkın ərazisi neçə müddətdir artileriya meydanına çevrilmişdir. Günün istənilən vaxtında – gecə və gündüz əraziyə daxil olan “brakoniyerlər”in qanunsuz olaraq ov etməsi adi bir hal almışdır. Odur ki, Ekologiya və Təbii Sərvətlər naziri cənab Hüseynqulu Bağırova suallar ünvanlanmağa məcburuq.

Cənab nazir!

Özünüz yaxşı bilirsiniz ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmrinə əsasən ölkə ərazisində (qoruq əraziləri istisna olmaqla) yerli və xarici vətəndaşların ov etmələri üçün konkret vaxt göstərilmişdir. Lakin bütün bunlara baxmayaraq, ilin istənilən vaxtında və istənilən ərazidə, yəni qoruq ərazilərində (“Ağgöl” Milli Parkını nəzərdə tuturuq) heyvanların və quşların ovlanması aparılır. Nədən bu qanunsuzluqlar baş verir?

Kimdir bu qanunsuzluqlara rəvac verən?

Bəri başdan məlumat üçün onu bildirək: Loğman Mehdiyev yuxarıların o dərəcədə etimadını qazanmışdır ki, ona gözün üstə qaşın var deyən də yoxdur. Niyə? Çünki o, burada öz nazirliyinin ən yuxarı çınli məmurlarının bizneslərini qurmaqla məşğuldur. Bundan istifadə edərək, “Ağgöl” Milli Parkın digər ərazilərini öz şəxsi malikanəsinə çevirmişdir. Cənab Nazir! Bu məsələ ilə bağlı faktlar sizin üçün maraqlı olarsa, bir qəfləti yoxlama göndərib, deyilənlərin həqiqət olduğunun şahidi olacaqsınız. Lakin bu məsələ Sizin tərəfinizdən “etibar” etdiyiniz şəxslərə tapşırılsa, onda deyilənlərin real olmadığını görəcəksiz. Cənab Mehdiyevin “qəhrəmanlıqları” bununla bitmir. O, təkcə meşə ərazilərini deyil, həm də nazirliyin ayırdığı maliyyə vəsaitini talan etməklə məşhurdur. Yəni o, ştat cədvəlində olan ştat vahidlərindən özü üçün ölü canlar saxlamaqla onların əmək haqlarını, mükafat və ərzaq pullarını da mənimsəyir. Cənab Mehdiyev hətta öz səlahiyyət həddini aşaraq dəxli olmayan şəxsləri işə qəbul edir. Ekologiya Nazirliyi barədə mətbuata, elektron saytlara və digər dövlət qurumlarına müraciət edərək şikayətçi olan şəxslərə bir daha səs –küy salmamaq üçün vəzifə də verir.

 

Hörmətli cənab Nazir!

“Ağgöl” Milli Parkının direktoru Loğman Mehdiyevin yuxarıda sadalanan  əməlləri barədə indi nə deyə bilərsiz?

Doğrudanmı, Sizin bu cinayətlərdən neçə illər ərzində xəbəriniz yoxdur?

Yoxdursa, niyə? Yox, varsa, onda niyə indiyədək tədbir görməmişsiniz?

(Davamı var) Zakir Muxtarov

Nia24.info

COMMENTS