Nazir Ramin Quluzadə Salyanda vətəndaşlarla görüşəcək

Nazir Ramin Quluzadə Salyanda vətəndaşlarla görüşəcək

PAYLAŞ:

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Salyan şəhərində dekabrın 8-nə nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dekabrın 15-nə keçirilib.

Nia24.info Nazirliyə istinadən verdiyi xəbərə görə, həmin tarixdə saat 12:30-da nazir R.Quluzadə Salyan, Neftçala, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlar mincom@mincom.gov.az e-poçt ünvanı, 1655 Çağrı Mərkəzi, (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

COMMENTS