Prezident yeni qərargah rəisi təyin etdi – Sərəncam

Prezident yeni qərargah rəisi təyin etdi – Sərəncam

PAYLAŞ:

Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib.

Apa-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini – Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, ölkə başçısı bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında da sərəncam imzalayıb.

COMMENTS