Qeyri-adi görüntülər: Timsahlar göllə birgə dondu – Video

Qeyri-adi görüntülər: Timsahlar göllə birgə dondu – Video

PAYLAŞ:

ABŞ-ın Şimali Karolina ştatında yerləşən “Şallot River Svamp” milli parkında timsahlar göllə birgə donmuş halda aşkar ediliblər.

Axar.az xəbər verir ki, gölün üzərində donmuş timsahların yalnız burnu və pəncəsi görünür.

Park əməkdaşının məlumatına görə, temperatur yüksəldikdən sonra gölün donu açılacaq və timsahlar da oyanacaq.

Qeyd edək ki, ABŞ-ın bir neçə ştatında son günlər kəskin hava şəraiti müşahidə edilir.

COMMENTS