Sərkisyan rəsmən Qərbdən üz çevirdi

Sərkisyan rəsmən Qərbdən üz çevirdi

PAYLAŞ:

Ermənistanın Rusiyaya münasibəti dəyişməyəcək.

Axar.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.

“Parlamentdə çoxluğu təşkil edən Respublika Partiyası və onun koalisiya tərəfdaşı Daşnaksütyun gələcəkdə də Rusiya ilə müttəfiqlik münasibətlərini inkişaf etdirəcəklər. Rusiyaya qarşı münasibətlərin dəyişməsini demək yersizdir. Heç kim indi ölkənin kursunu dəyişə bilməz. Armen Sərkisyan da bunu edə bilməz. Ona görə ki, o, Rusiyanı yaxşı bilir, rus dilində gözəl danışır”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan parlament idarə-üsuluna keçib və S.Sərkisyan baş nazir olmağa hazırlaşır. İrəvanda onun hakimiyyəti növbəti dəfə qəsb etməsinə etiraz olaraq silsilə aksiyalar keçirilir.

COMMENTS