Salyanın kiçik oliqarxı Tahir İmanovdan şikayət var

Salyanın kiçik oliqarxı Tahir İmanovdan şikayət var

PAYLAŞ:

Dövlət büdcəsini talayaraq milyonçuya çevrilən Salyan Suvarma Sistemləri İdarəsini müdirinin başı vətəgələrdən haqq yığmağa qarışıb.
 
Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadə Tahir Yusifovun bu əməllərinə niyə göz yumur?
Salyan rayonunun əksər kəndlərində əkin sahələrinin suvarılması ilə bağlı ciddi problemlər yaşanır. Bu barədə AzFakt.com-a daxil olan məlumatlarda deyilir ki, Salyan Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun şəxsi maraqları əkin sahələrinin susuzluqdan məhv olmasına gətirib çıxarıb.
Rayon camaatı dəfələrlə Tahir Yusifovun əməlləri barədə icra hakimiyyətinə şikayətlər etsələrdə sonda hər hansı bir dəyişiklik olmayıb. Əksinə əkin sahələrində su problemi getdikcə dərinləşir. Salyan sakinləri iddia edirlər ki, rayon Suvarma Sistemləri İdarəsinin müdiri onlara çatacaq suyu balıq vətəgələrinə verməklə özüna yaxşı qazanc əldə edir. Demək olar ki, yay aylarında suyun böyük əksəriyyəti balıqçılıqla məşğul olan təsərrüfatlara axıdılır. Tahir Yusifov iri balıqçılıq təsərrüfatlarının sahibləri ilə anlaşaraq onlara verdiyi bol suyun qarşılığında yaxşı hesab alır.
Bildirək ki, Salyan rayonunda Tahir Yusifou “dollar Tahir” ayaması ilə çağırırlar. Uzun illərdən Salyan Suvarma Sistemlərində müdir vəzifəsində çalışan Tahir Yusifov “stajlı korrupsioner  məmur” kimi tanınır. Məhz onun müdir işlədiyi dövrlərdə Salyan Suvarma Sistemləri İdarəsi demək olar ki, rayonda bir nömrəli korrupsiya yuvasına çevrilib.
Bir neçə icra başçısını yola salan Tahir Yusifovun bir vaxtlar icra başçısı olmaq belə istəyində idi. Salyanda yayılan söz söhbətə görə idarə müdiri Bakıdakı yaxın dostlarının vasitəsi ilə hakimiyyətdəki bəzi yüksək vəzifəli şəxslərlə əlaqəyə girib bu məsələ barədə danışıqlarda aparıb. Lakin dollar Tahirin bu istəyi alınmayıb və onun icra başçısı təyinatının üstündən birdəfəlik xətt çəkilib. Verilən məlumata görə Salyan rayonuna  icra başçısı təyin edilən Sevindik Hətəmov ilk vaxtlar Tahir İmanovu vəzifədən çıxartmaq istəyirmiş. Ancaq sonrada Tahir İmanov başçı ilə anlaşaraq dollar “sandığının” ağzını açıb.
Tahir  İmanovun yaxın qohumunun AzFakt.com-a verdiyi məlumata görə idarə müdiri vəzifəsində icra başçısının ona həavlə etdiyi işlərə umumilikdə   200 min manatdan çox xərc çəkib. Belə ki, Suvarma Sistemləri İdarəsinin müdiri Salyan şəhər mərkəzində bir çox yerlərdə abadlıq quruculuq işləri ilə məşğul olub. İdarə müdirinin abadlıq işlərində xəsis olmadığını görən Sevindik Hətəmov isə Tahir İmanovu vəzifəsində saxlayıb. Məlumatda görə “dollar Tahirin”  Meliorasiya və Su Təsərrüfatı ASC-də böyük hörməti var. Onun məmurlara qarşı pul xərcləmək səxavəti ASC-nin rəhbərliyini çox məmnun edir.
Salyan Suvarma Sistemləri İdarəsinin hesabına “kiçik oliqarxa” çevrilən Tahir İmanovun sərvətininin isə sayı hesabı yoxdur. Onun paytaxt Bakıda 7-8 evinin, Salyan şəhərində bir neçə obyekti, Lənkəranda və Qubada dəbdəbəli imarəti, rayonda böyük balıqçılıq vətəgələri və xeyli bilmədiyimiz mal-mülkü mövcuddur.

COMMENTS