“Seçicilər Leyla Əliyevanı deputat görmək istəyirlər” — Məlahət İbrahimqızından ÇAĞIRIŞ

“Seçicilər Leyla Əliyevanı deputat görmək istəyirlər” — Məlahət İbrahimqızından ÇAĞIRIŞ

PAYLAŞ:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Məclisdə deputat kimi təmsil olunmağa ən layiqli namizəddir”.
Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı bildirib.
Deputat deyib ki, Leyla Əliyeva həm gənclərin təmsilçisi, həm ictimai-siyasi xadim, həm də Heydər Əliyev Fondunun vitse-prezidenti kimi çox böyük işlər görür:
“Leyla xanım Əliyeva nəinki ölkə miqyasında, dünya miqyasında da misilsiz işlər görür, uğurlu humanitar və sosial layihələr həyata keçirir. Təsadüfi deyil ki, Leyla xanım Əliyeva gördüyü uğurlu işlərə görə Avropa və Rusiyada görkəmli gənc kimi tanınır. Bütün bunlara görə də hesab edirəm ki, Leyla Əliyeva çox dəyərli gənc kimi Milli Məclisdə deputatlığa layiqli gəncdir. Biz onun tezliklə Xəzər rayonundan Milli Məclisə deputat seçilməsini arzu edirik. Bu təkcə mənim arzum deyil. Bütün seçicilər bunu bizə söyləyir. Seçicilər Leyla xanım Əliyevanı Milli Məclisin deputat görmək istəyir”.
Prezident seçkilərinin 11 aprelə təyin edilməsindən sonra YAP-dan ilk açıqlama

COMMENTS