Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!

Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!

PAYLAŞ:

Azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Mirzəyevanın valideynləri, yaxınları deputat Elmira Axundovanın oğlu Həbib Axundov və Elnur İbrahimovdan şikayətçilərdən Daxili İşlər Nazirliyinə şikayət ünvanlayıblar. Criminal.az bildirir ki, şikayət müəllifləri hesab edirlər ki, hazırda Elnur İbrahimovun cəlb edildiyi dələduzluq işində zərərçəkənlər onların mərhum qızlarının ölüm işi ilə bağlı narahat edirlər.

Buna da bax: Deputat oğlunun adının çəkildiyi modelin ölümü: Nazirlikdən gələn sirli məktub – VİDEO

Belə anlaşılır ki, Günel Mrzəyevanın müəmmalı ölüm işini jurnalistlərin araşdırması mərhumun yaxınlarını narahat edir.

Amma onlar buna görə jurnalistləri deyil,  Həbib Axundov və Elnur İbrahimovdan şikayətçiləri günahkar bilirlər. Halbuki hər ötən ay, gün müəmmalı ölümlə bağlı düyünlər bir-bir açılır və daha  çox ilginc bir mənzərə ortalığa çıxmaqdadır.

G.Mirzəyevanın yaxınları bunu istəsələr də, istəməsələr də qızlarının dəhşət saçan ölümünün üzərindən sirr pərdəsi götürülməkdədir.

Üzgücü olan Həbib Axundov suda boğulan xanıma niyə kömək etməyib? 

G.Mirzəyeva 2017-ci il iyunun 26-də dənizdə müəmmalı şəkildə boğulandan sonra sosial şəbəkələrdə və mətbuatda bu haqda xeyli material, məlumat, şərhlər yazılıb. İlk gündən G.Mirzəyevanın dənizə deputat Elmira Axundovanın oğlu Həbib Axundovla getməsi bildirilsə də, deputat da, oğlu da bu məlumatları israrla təkzib etməyə başlayıblar.

5 aylıq inkarçılıq mövqeyi nəhayətdə üzə çıxan həqiqətlərin kölgəsində qaldı. Mətbuatda və sosial şəbəkələrdə, şərhlərdə yer alan məlumatların təsdiqlənməsinə yönəlik açıqlama elə deputatın oğlundan gəldi. Həbib Axundovun adından saytlara belə bir açıqlama verildi.

Buna da bax: Deputat oğlu ilə müəmmalı şəkildə ölən modelin əlaqələri olub, yalanları təkzib edən gizlinlər!!! – FOTOFAKTLAR

Həbib Axundov

“Qafqazinfo”ya daxil olan açıqlamadan sitat:

“… 2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub. Həmin gün mən də onlarla idim. Lakin təəssüflər olsun ki, hadisə baş verən zaman sahildə idim”.

STOP!

Deməli Günel dənizə dostları ilə gedib. Yəni deputat oğlu onun dostu, tanışı deylmiş. Dəniz sahilində də təsadüfən olub?

Tutaq ki, belə olub.

Bəs niyə görə ötən 5 ayda adi bir həqiqəti bunca məxfi məlumat kimi gizli saxlayırdılar?

Niyə əvvəl gündə deyilməli olan məsələni gizlədir, Həbib Axundovun olay zamanı orada olmadığını israr etməklə, hər kəsi düşmən çıxarmaqla göz deşirdilər?

Həqiqətən Həbib Axundov olay zamanı sahildə olubsa, bunu gizlətməyə nə hacət vardı?

Günahsız olan biri niyə yaxasını kənara çəkir?

Buna da bax: “Həbib Axundovun adını hallandırmayın…” – FOTO

İlk gündən çıxıb deyəydilər ki, hadisə baş verib və Həbib suda boğulan qıza sahildə olduğuna görə kömək edə bilməyib. Bunun əvəzində Həbib Axundov üzgüçüdür, orada olsaydı qızı batmağa qoymazdı kimi fikirlər səsləndirmək nəyə lazım idi?

Bəs heç düşünürlər ki, 5 ayda israr etdikləri məqamlar hazırda güllə kimi suallara çevirilib?

Məsələn – üzgücü olan Həbib Axundov suda boğulan xanıma niyə kömək etməyib?

 “Mənim bədbəxt Günelim… bizlər ki, həqiqəti bilirik…”

Maraqlıdır ki, Həbib Axundovun, deputat Elmira Axundovanın inkarçılıq mövqeyi sosial şəbəkələrdə də onunla dostluqda olan şəxslərin şərhlərində də xüsusi olaraq diqqət çəkir, özünü göstərirdi.

G.Mirzəyevanın ölüm ilə bağlı bu və ya digər saytda yerləşdirilən xəbərlərin altına yazılan şərhlərə Milli Məclisin işçisi Nailə Sultanova, Həbib Axundovla facebookda dost olan İntiqam İsmayılov cavablar yazır, hər kəsi günahkar çıxarmağa çalışırdılar.

Buna da bax: Həbib Axundovun dostu əli qandallı Azərbaycana gətirildi – VİDEO

Günel Mirzəyeva

Məsələn İlqar Müzəffər adlı şəxs Həbib Axundovun G.Mirzəyevanın ölümündən sonra yaxtasını adından çıxarması, özgəninkiləşdirməsi haqda məqalənin şərh bölümünə belə fikirlər yazıb:

“Denə əməlin düzdürsə niyə yaxtanı adından çıxardıb satmısan elə bilirlər xalq çörəyi qulağına yeyir indi körpə uşağada danışsan məsələni nəyin necə olduğun danşar sənə”.

Və İntigam İsmayilovun cavabı özünü çox gözlətməyib: “Mən bayaqdan oxuyuram kommentləri, utanıram sizə görə. mən həmin gün bilgəhdə dənizdəydim. həmin katerdən olan uşaqlar tullantılar üzməyə. kateri ləpə uzaqlaşdırdı. uşağlar özlərini çatdıra bilmədilər. fövgəladə hallar vaxtında yetişməsəydi hamı həlak olaçagdi. Siz isə küpəgirən garilar kimi ağlınıza gələni yazarsiz. ayib olsun”.

Naya Ağayeva adlı şərhçi isə yazır: “Yaxtadan dənizə elə belə düşmürsən, ola bilər ki, oğlanlar onunla oynayaraq suya atıblar. Sonra isə onu xilas etməyə girişiblər. Amma buna müvəffəq olmayıblar”.

Liliya Kovalçyuk adlı şərhçi yazır: “Bədbəxt qız, bədbəxt valideynlər. Bax yaxta sahibinin laqeydliyi və ağılsızlığı belə nəticələnir”.

Yevgeniya Bespalova: “Təsadüfi hadisəyə oxşamır! Acıyıram”.

Nadya Osmanova: “məlumat var ki, qızı xilas etməyə çalışıblar… deməli cavanlar hamısı yaxtanın içində olublar”.

Digər şərhçi isə yazır: “Mümkündür ki, alkoqolun təsiri altında olublar, üzə bilməsə də dənizin dərin yerində suya atılıaraq üzmək istəyib. Bu isə ümumiyyətlə – kimə isə, üzə bilməyən birinə yapışıb…

Nə isə. Hansısa bir cəfəngiyyatdır. Axı rəsmi məlumat da yoxdur – niyə??? Ona görə ki, sadə adamların yaxtası olmur. Əlbəttə ki, qızın ölümünə acıyıram”.

Və Milli Məclisdə çalışan Nailə Sultanovadan bu şərhə cavab gəlir: “Alkoqol sərməstliyi olmayıb, hər kəs ekspertizadan keçirilib! Xahiş edirəm belə şeylər, təsdiqlənməmiş informasiyalar yazmayın”.

Anna Şkorinova cavab yazır: “Hər kəs öz fikrini ifadə edir”.

Nailə Sultanova: “Anna Şkorinova mən sizə cavab verirəm. Belə şey olmayıb. Belə ki, ekspertiza keçirilib!!! Mən havadan yazmıram!!! O mənim yaxın rəfiqəm idi!!! Elə belə də ağırdır, burada hər kəs gümanlarını yazır, ailəyə və yaxınlara ağır olduğunu düşünmürlər”.

Sabina MRD: “Aha, keçəl hər şeyi etiraf edəcək”.

Oksana Xələfova: “Mənim bədbəxt Günelim… bizlər ki, həqiqəti bilirik…”

Aylin Ks-zadə: “Bəs həqiqət necədir?”

Albina Osmanova: “Həqiqəti hər zaman dilə gətirmək olmur”.

Nərminə Abramova: “Müəmmalı hekayədir…”

Digər şərhçi: “O qrupdan heç kəs üzə bilməyib? Bir məsələ aydındır! Yaxta hansısa bir oğru-məmura məxsusdur!  Yazıq qız (((”

Fərhad Rəhimov adlı istifadəçi: “Əgər orada məmur övladları olubsa, çox güman ki, olublar, bu halda işi bağlayacaqlar. Ölümə görə heç kim məsuliyət daşımayacaq. Deyəcəklər özü günahkardır. Suya atılıb və boğulub”.

H.Axundovun adından yayılan məlum açıqlama Azpolitika.info saytında “Günel boğulanda orda idim…” – Minbir yalandan sonra deputatın oğlundan etiraf” sərlöhvəsi altında dərc olunmuşdu. Həmin yazıya Dadaşyev soyadlı istifadəçi belə bir şərh yazıb:

“Bax indi icazə ver senden şübhələnək. Bəs deyirdin tanımıram onu? Jurnalistler düz edir araşdırır; eger yalan dediyini bu gün etiraf etmisənsə, sabah daha neleri etiraf edə bilərsən? Ne düşmən axtarırsan Stalin kimi? Dara düşən kimi də Prezidentimizə sevgidən dem vurur hamısı. Əksinə, sizin kimilerinin cahil ərəb varlılarına xas heyat yaşamaları dövlətçiliyimizə ağır zərbedir. Sizleri görəndə sabahlara ümidsiz olur hamı. Gül kimi qız sənə etibar edib olub səninle. Kasıb olsaydın, fırtına da olsa denizə kəllə vurardın.

Buna da bax: ”Prezidentin qərarı var ki, uşağı qudurğanlıq edən məmuri qovulsun, amma…” – Şəhid qızını öldürən hansı məmurun oğludur? (FOTOLAR)

Naz-nemet içində gen-bol yaşayan sənin kimilər denizdə boğulmaqda olan bir qız üçün özünü sulara atarmı? Tebii ki, kənardaydım deyəcəksən. Amma yox. Azacıq vicdanı olan kişi o anlar insan xilasını hər şeydən üstün tutar, ölümə dik baxar. Buna kişilik deyirlər yani. Yaxtada trusiklə ayağını ayağının üstündən aşırıb özünü günə verməklə olmur kişilik. Kişi ölər. amma özünü ona etibar edən insanın, ələlxüsus da incə bir qızın yolunda özünü cəhənnəmin dibinə atar uf demədən, ya onunla ölər, ya dartıb çıxarar ordan.

Canımız sıxışan kimi, azacıq dara düşən kimi o boyda Qarabağı və ətraf 7 rayonu dabanımıza tüpürərək necə qoyub qaçıb Bakıya doluşmuşuqsa, özünü bizə etibar edən zərif, incəcik bir qızı da dənizdə boğulmaqda qoyub eləcə qaçıb aradan çıxırıq. Ayıbdu adə. Ayıb deyə bir şey var hər halda. Yəni. Artıq bu sözü bir toplum kimi unutmaqda olsaq da var yeni. Başqa məmləkətlərdə”.

Həbib Axundov

Xatırladaq ki, G.Mirzəyevanın müəmmalı ölümü ilə bağlı olaydan 5 ay ötməsinə baxmayaraq rəsmi məlumat yayılmayıb. Müəmmalı olaydan sonra mətbuatda bu haqda çoxsaylı yazılar dərc olunub. İlkin məlumatlardan birində deyilirdi:

“Bir neçə gün əvvəl Bakı şəhərinin Sabunçu rayonu ərazisində çimərlikdə model Günel Mirzəyevanın öldüyü hadisə ilə bağlı maraqlı faktlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bilgəhdə – Kardioloji sanatoriyanın yaxınlığındakı çimərlikdə baş verib. Banklardan birində rəhbər vəzifədə işləyən 3 dost 3 qızla birlikdə dəniz sahilinə gəliblər. Onlar sahilə gələrkən avtomobilin yedəyinə aldıqları plastik motorlu qayığı da özləri ilə gətiriblər. Daha sonra dostlar qayığı dənizə salıblar və qızları da mindirərək gəzintiyə çıxıblar. Qayıq sürət yığmasından sonra ağırlıq mərkəzinin itməsi səbəbindən aşıb. 3 oğlan və iki qız çətinliklə xilas ola bilsə də, Günel Mirzəyeva suda batıb”.

Buna da bax: Bakının məhşur həbsxanasının yeni rəisi ”vor zakon”un yaxın qohumudur – FOTO

Belə çıxır ki, H.Axundov həmin vaxt sahildə dayanıb baş verənləri seyr edirmiş? Adını da düşmənləri mətbuatda hallandırır?

Həmin o gün – Günel Mirzəyeva dənizdə batanda Həbib Axundov orada olub. Bu artıq təsdiqlənmiş məlumatdır. Harada olduğu, Günelə niyə kömək etmədiyi, ümumiyyətlə Günelin dənizə kiminlə, kimin dəvəti ilə getdiyi, hamilə olub-olmaması, dənizdə ölümünün planlı bir qəsd olması və ya sıradan bədbəxt hadisə üzündən dünyadan köçməsi sualları açıq olaraq qalır. Belə görünür ki, mətbuatdan savayı bu sualların cavabını tapmaqda maraqlı tərəf yoxdur – istintaq susur. Danışanlar isə mətbuatı daha çox bu haqda yazmamağa məcbur etmək istəyirlər.

Araşdırmalarımız isə davam edir.

Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!
Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!
Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!
Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!
Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!
Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!
Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!
Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!
Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!
Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!
Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!
Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!
Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!
Sirli ölüm işinin izi ilə: Mərhum modelin valideynləri müəmmalı ölümün üstünün açılmasını əngəlləyir – NONSENS!!!

COMMENTS