SOCAR-ın əməkdaşı intihara cəhd edib

SOCAR-ın əməkdaşı intihara cəhd edib

PAYLAŞ:

Azərbaycan Dövlət Neft Şirkətinin Komplkes Qazma İşləri Trestinin əməkdaşı Kərimova Rumiyyə intihara cəhd edib.Nia24.info istiqlal.az-a istinadən xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Facebook” səhifəsində yazıb. Hüquq müdafiəçisinin sözlərinə görə, Rumiyyə Kərimova Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu məcəllənin 72-ci  maddəsində sadalanan hallarla əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə işdən azad edilib.

Mirvari Qəhrəmanlı müvafiq dövlət qurumlarına məsələyə diqqət ayırmaları barədə çağırış edib.

COMMENTS