Türkiyənin mafiya lideri Qarabağ qazisinin Afrin haqda dedikləri ilə qürurlandı – VİDEO

Türkiyənin mafiya lideri Qarabağ qazisinin Afrin haqda dedikləri ilə qürurlandı – VİDEO

PAYLAŞ:

Məşhur türk mafiya lideri Sedat Peker gənc Qarabağ qazisi Kamil Musəvinin Türkiyənin Afrində keçirdiyi əmliyyatlar haqqında dediyi sözlərə münasibət bildirib.
Mafiya lideri qazimizin videosunu paylaşaraq, “Yalnız deyilik. Dünyanın hər yerində qəlbi bizimlə döyünən qardaşlarımız var”,-deyə qeyd edib.
Qeyd edək ki, Qarabağ qazisi Kamil Musəvi döyüş tapşırığını yerinə yetirərkən bir ayağını və bir gözünü itirib. Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə “Vətənə Xidmət medalı” ilə təltif olunub. Yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub.
Məlumat üçün bildirək ki, Afrin əməliyyatı, Afrin hərəkatı və ya əməliyyatın şifrələnmiş adı ilə “Zeytun Budağı” hərəkatı  – 2018-ci ilin 19 yanvar tarixindən etibarən Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən Hələb mühafəzəsinin daxil olduğu Afrin bölgəsinə doğru başladılmışdır. Əsas məqsədi ərazidəki PYD, YPG və PKK hökmranlığını aradan qaldırmaq və bölgəni təhdid edən “terrorçu” ünsürləri məğlub etməkdir.
Nia24.info

COMMENTS