Xocalı şəhidlərinə qarşı tərbiyəsizlik – Leyla Yunus bunu da etdi

Xocalı şəhidlərinə qarşı tərbiyəsizlik – Leyla Yunus bunu da etdi

PAYLAŞ:

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edən azərbaycanlı deputatlar anti-Azərbaycançı Leyla Yunusdan Xocalı qurbanları barədə nə üçün danışmadığını soruşublar. O, deputatların sualına cavab vermək əvəzinə Xocalı şəhidlərinə açıq şəkildə sayğısızlıq edərək gülməyə başlayıb.

“Xocalı haqqında bir şey söyləməmisiniz. Bir milyon Azərbaycan vətəndaşı erməni işğalından əziyyət çəkir, azərbaycanlılar isə bu barədə bir söz deməyiblər. Siz gülürsünüz. Ən azı vicdanınız olsun. Özünüzdən utanın, çünki özünüzü demokratlar adlandırırsız. Ən azı azərbaycanlısınız”, – deyə səslənən iradlar da Leyla Yunusa  ar etməyib. Qoca Yunus yenidən gülüb və kinayəli şəkildə əl çalıb.

Necə də ürəkbulandıran mənzərədir.Xocalıda  yaşanan dəhşətli faciəyə özünə azərbaycanlı deyən şəxs necə gülə bilər?! 613 nəfərin amansızlıqla qətlə yetirilməsindən 26 il keçsə də, Azərbaycan xalqı o günü hələ də ürəkağrısı, göz yaşları ilə xatırlayır. Bəs,Leyla Yunus  nə edir?Xocalı  şəhidlərinə gülür, həm də utanmadan bunu hamının qarşısında edir. O zaman xain Yunusun qaniçən ermənidən nə fərqi oldu ki… Heç nə.

Leyla Yunus kimilərinin Xocalı  faciəsinə sayğısız yanaşması təəccüb doğurmur. Çünki, bu onun ilk əməli, ilk tərbiyəsizliyi deyil. Tarixə qısa nəzər salmaq yetər ki, onun kim olduğunu biləsən. Fitnəkar qarının azərbaycanlılara nifrəti illər öncəyə dayanır. Hətta müstəqilliyin ilk illərində dövlət vəzifəsində işlədiyi vaxtda da bunu edirdi.

Məsələn, Qarabağ müharibəsi dövründə o, bütün günü efirdə yalan informasiyalar yayırdı. Müharibənin qızğın vaxtında hər gün iki-üç erməni vertolyotunun vurulması iddia edir, xalqı aldatmağa çalışırdı. Yaxud o vaxtlar Müdafiə Nazirliyinin qida təchizatı ilə məşğul olan Leyla Yunus Ağdamda əsgərlərin aclıq çəkməsinə bilərəkdən şərait yaradırdı. Həmin dövrlərdə nazirliyə məxsus məxfi materialları da erməni kəşfiyyat orqanlarına məhz E.Yunus ötürürdü.

Sirr deyil ki, Azərbaycan xalqını “vəhşi” adlandıran, ölkədə “Suriya praktikasını” tətbiq etməyə çağıran, müxtəlif qruplaşmaları vətəndaş müharibəsinə səsləyən L.Yunus onsuz da Xocalı faciəsindən danışmayacaq, şəhid olan yüzlərlə azərbaycanlı üçün göz yaşı tökməyəcəkdi. O, özünə “yaraşanı” edəcəkdi və etdi də. Qəlbi erməni sevgisi ilə döyünən qarı gülməyə bilməzdi axı…

Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Leyla-Yunus

COMMENTS