Yuxarı Şirvan Kanalının İstismar İdarəsində “köhnə hamam…”

Yuxarı Şirvan Kanalının İstismar İdarəsində “köhnə hamam…”

PAYLAŞ:

Ölkədə korrupsiyaya qarşı görülən tədbirlərə baxmayaraq bəzi məmurlar büdcə vəsaitlərindən təyinatı üzrə deyil, merkantil maraqları üçün istifadə etməkdədir. Rəhbərlik etdikləri sahədə ciddi problemlərin hökm sürməsinə baxmayaraq fəaliyyəti kağız üzərində “iş görüb” pul silməkdən ibarət olan belə məmurlar büdcə vəsaitləri hesabına oliqarxa çevrilirlər.

Zaman-zaman ölkə mediasında korrupsiyalaşmış qurumlarla bağlı faktlar ictimailəşdirilsə də bu sahələrdə əsaslı dönüş müşahidə olunmur. Xüsusi ilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin regional idarələri vaxtaşırı mediada sərt tənqid edilir. Nədənsə Əhməd Əhmədzadə tabeliyində olan işçilərlə bağlı ictimailəşən faktlara biganə qalır.
Uzun müddətdir mediada adı korrupsiya qalmaqallarında hallanan qurumlardan biri də Yuxarı Şirvan Kanalının İstismar İdarəsidir. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin qalmaqallı idarə müdirlərindən biri olan İlyas Səfərovun bir ilə yaxındır bu idarəyə rəis təyin edilməsindən sonra təşkilatda vəziyyətin dözülməz həddə çatdığı iddia olunur. Maraqlıdır ki, uzun müddət Yuxarı Qarabağ Kanalının İstismar İdarəsinin müdiri işləyən, daha sonra Şirvan Meliorasiya idarəsinə “perevod” edilən İlyas Səfərov ordan isə Yuxarı Şirvan Kanalının İstismar İdarəsinə təyinat alıb.
AzMedıa.ınfo-ya daxil olan məlumata görə İlyas Səfərov təşkilata müdir təyinatı aldıqdan sonra dövlət büdcəsindən ayrılan iri həcmdə vəsaitlərin yenidən səmərəsiz xərclənilərək mənimsənilməsi prosesi “start” götürüb. Belə ki, İlyas Səfərov ona etibar edilmiş dövlət əmlakından təyinatı üzrə istifadə etməməklə bərabər həmçinin idarə üçün ayrılan vəsaitlərin məqsədyönlü şəkildə xərclənməsinə şərait yaratmadığı bildirilir. İdarədə büdcə vəsiatlərinin mənimsənilməsi üçün xüsusi mexanizmlərin işlənib hazırlandığı da yayılan məlumatlar sırasındadır. Belə ki, Yuxarı Şirvan Kanalında müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlanılır. Həmin müəssisələrin isə İlyas Səfərovun yaxınlarına məxsus olan şirkətlət olduğu bildirirlir. Əslində bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən vəsaitlər isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Yuxarı Şirvan Kanalının İstismar İdarəsinin özünə qaytarılır. Beləcə kağız üzərində “ötür-ötür” oyunu nəticəsində on min manatlarla vəsait it-bata düşür.
Saytımıza daxil olan məlumata görə, 2017-ci ildə “Meliorasiya və Su Təsərrüfatı” ASC rəhbərliyi rayonlarda qurum və təşkilatlarına ayrılan vəsaitlərin həcmini 10 dəfə azaldıb. Maliyyə vəsaitlərinin azaldılması heç də Yuxarı Şirvan Kanalının İstismar İdarəsinin maliyyə axınlarına o qədər də təsir etməyib. Çünki İlyas Səfərov bu sahədə uzun müddət işlədiyindən maliyyə axınlarının kəsilməməsi üçün böyük təcrübə qazanıb.
Məlumata görə, Yuxarı Şirvan Kanalındna istifadə edən sahibkarlar indi İlyas Səfərovla “anlaşaraq” bol-bol su əldə edə bilirlər. Pulu olmayanlar isə aylarla suyun intizarını gözləməkdə davam edirlər. Həmçinin Yuxarı Şirvan Kanalının İstismar İdarəsinin balansında olan texnikalar icarəyə verilməklə də böyük məbləğdə vəsaitin büdcədən yayındırılır.
Tendensiya.com-un əldə etdiyi məlumata görə, Yuxarı Şirvan Kanalının İstismar İdarəsinin işçilərinin maaşlarından hər ay müxtəlif bəhanələr gətirilməklə götürülür.
Yuxarı Şirvan Kanalının İstismar İdarəsinində yaranan dözülməz vəziyyətdən Əhməd Əhmədzadənin narazı olduğu bildirilir. Amma nədənsə ASC sədri İlyas Səfərovu vəzifəsindən çıxartmır. Görünür, İlyas Səfərovun Gəncənin icra başçısı Elmar Vəliyevlə yaxın qohum olması burda həlledici rol oynayır.
Yuxarı Şirvan Kanalının İstismar İdarəsi ilə bağlı redaksiyamıza daxil olan şikayətləri araşdırmaqda davam edirik.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (AzMedıa.ınfo)

COMMENTS