Zeynal Nağdəliyevin Gəncədəki qohumunun müəmmalı keçmişi–Kababçılıqdan rəisliyə gedən yol…

Zeynal Nağdəliyevin Gəncədəki qohumunun müəmmalı keçmişi–Kababçılıqdan rəisliyə gedən yol…

PAYLAŞ:

Uzun müddətdir ki, Gəncə Telekommunikasiya İdarəsində rəis vəzifəsində çalışan Əbülfəz Orucovun fəaliyyətindən narazı qalan vətəndaşların etirazlarına əhəmiyyət verən yoxdur. Gəncəlilər Orucovun rəhbəri olduğu sahədə yaranmış problemlərin həlini tələb etsələrdə istər şəhər rəhbərliyi istərsədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi biganə münasibəti ilə medianın diqqət mərkəzinə düşüb.

Nia24.info–nun məsələ ilə bağlı araşdırmasında məlum olur ki, Gəncə Telekommunikasiya İdarəsinin yarıtmaz fəaliyyəti və bu fəaliyyət nəticəsində yaranmış problemlər təsadüfən həlini tapmamış deyil. İdarənin rəisi Ə.Orucovun Prezidentin köməkçisi Zeynal Nağdəliyevlə yaxın qohum olması onun cəzasızlıq mühitində fəaliyyət göstərməsinə şərait yaratmışdır. Məhz bu səbəbdən Gəncədə rabitə sahəsində yaranmış problemlərin həlinə biganə münasibət, vətəndaşların müraciətlərinə vaxtlı vaxtında cavab verməmək, rəisin insanları qəbul etməməsi adi hala çevrilib. Əbülfəz Orucovun yaxın qohumu Z.Nağdəliyevə güvənərək Respublikanın ikinci böyük şəhərində rabitəni iflic vəziyyətə salması Nia24.info–ya müraciət edənlərin sayını çoxaltmaqdadır. Bu faktlarla bağlı araşdırmalarımız davam edir. Və yaxın zamanda ətraflı məlumat verəcəyik.

Gəncədən Əli Kərimliyə dəstək verən məmur Zeynal Nağdəliyevin qohumu çıxdı

Bu gün daha önəmli fakt isə Prezidentin köməkçisi Zeynal Nağdəliyevin qohumunun gizli fəaliyyəti ilə bağlıdır. Saytın əməkdaşlarının apardığı araşdırmalarda məlum olur ki, Gəncə Telekommunikasiya İdarəsinin rəisi Ə.Orucov bir neçə Əli Kərimlinin rəhbəri olduğu AXCP-nin üzvü olamaqla yanaşı fəal özək sədri olub. Və dəfələrlə hakimiyyətə qarşı keçirilən etiraz aksiyalarına maddi dəstək verib. Əvvələr Gəncə şəhər Nizami rayon Sosial Müdafiə Fondunun rəhbəri olan bu şəxsi şəhərdə ən radikal müxalifətçi kimi tanımaqdadırlar. Əbülfəz Orucov şəhərdə biznesmen kimidə yaxşı tanınır. Məhz geniş maddi imkanları sayəsində AXCP-nin Gəncə şöbəsinə dəstək verən məmurun hazırdada bu istiqamətdədə fəaliyyətinin davam etməsi NRYT naziri cənab Ramin Quluzadəni narahat etməlidir. Hazırda bu faktlarla bağlı araşdırmalarımız davam edir.

Onunda qeyd edək ki, Əbülfəz Orucov Gəncədə yaxşı kabab bişirməyi ilə tanınıb.Zeynəl Nağdaliyevin ulduzu parlayandan sonra bizim kababçı Əbilidə rəisliyə “ucaldı”

Bizi izləyin mövzuya qayıdacağıq…

Redaksiyadan: Yazıda adları keçən şəxslərin və ya qurumun mövqeyini dinləməyə hazırıq.

COMMENTS